"Khazar Island"da mənzillər neçəyə olacaq? - QİYMƏTLƏR

Azərbaycanda «Khazar Island» meqa-layihəsində mənzillərin hər 1 kv. metri 4 000 manatdan satılacaq. «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli «APA-Economics»ə bildirib ki, mənzillər müştərilərə 10 illik ipoteka krediti ilə də veriləcək. Bundan başqa, alıcılar burada satılan mənzilləri ipoteka kreditindən əlavə, 2 illik faizsiz kreditlə də əldə edə bilər.

 

İbrahim Nehrəmli bildirib ki, ilkin ödənişdən asılı olaraq, ipoteka kreditinin faiz şərtləri də dəyişəcək: «Alıcı ilkin ödənişi çox etdiyi halda, illik ipoteka faizi də xeyli aşağı düşəcək».

 

İbrahim Nehrəmli ilkin ödəniş cədvəlini də açıqlayıb. Bu cədvələ əsasən, ilkin ödənişdən asılı olaraq, ipoteka dərəcəsi 10% ilkin ödəniş edənlər üçün illik 10%, ilkin ödəniş 20% olduqda - illik 8%, ilkin ödəniş 30% olduqda - illik 6%, ilkin ödəniş 50% olduqda isə ipoteka dərəcəsi illik 4% təşkil edəcək.

 

Həmçinin, mənzillərin dəyərinin 10%-i həmin mənzillərin təmirinə sərf ediləcək. Nəticədə bütün mənzillər alıcılara tam təmirli təhvil veriləcək.

Müəllif | Apa.Tv
Elvin Bayramlı