Cəmil Çiçək: "Rəsulzadə örnək alınacaq şəxsiyyətdir"

“Məhəmməd Əmin Rəsulzadə gənc nəsillər üçün örnək alınacaq bir şəxsiyyətdir”.

 

Bunu APA-ya Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək Məhəmməd Əmin Rəsulzadənin 130 illiyi münasibətilə bildirib.

Açıqlamada deyilir ki, yazdığı kitablar, çıxardığı dərgi və qəzetlərlə azəri qardaşlarımızı aydınlatmağa çalışan Rəsulzadə təkcə Azərbaycanın yox, bütün Türk dünyasının öncül aydınlarındandır. İmperialist qüvvələrin bütün dünyanı mühasirəyə aldığı XX əsrin birinci rübündə Azərbaycanın müstəqilliyi üçün mübarizə aparmış Məhəmməd Əmin Rəsulzadə Anadolu türkləri ilə tale müştərəkliyi yaratmış Azərbaycanın qurucu lideridir. Sovet işğalına qarşı əyilmədiyinə görə həbsdə yatan və həyatını vətənindən uzaqda başa vurmaq məcburiyyətində qoyulan mərhum Rəsulzadə gənc nəsillər üçün də örnək alınacaq bir şəxsiyyətdir. Azəri qardaşlarımızın azadlığı və Azərbaycanın müstəqilliyi üçün hər çətinliyə sinə gərən böyük mübarizə adamı Məhəmməd Əmin Rəsulzadə gənc nəsillər tərəfindən nümunə götürülməsi lazım olan önəmli bir liderdir.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı