Komitə sədri: "Narkotacirlər Azərbaycandan tranzit kimi istifadə edirlər"

"Azərbaycana narkotik vasitələr və uyuşdurucu maddələr daha çox İrandan gətirilir".
 

APA TV-nin xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib ki. Onun sözlərinə görə, ötən il komitə tərəfindən 130 kq-dan çox narkotik və pisxatrop maddə tutulub: "Bunların çəkisinə baxanda üstünlük heroinin payına düşür. Bu, olduqca diqqəti cəlbedən faktdır. Çoxdandır kokain aşkar olunmurdu. Bununla bağlı indi yeni faktlar var. Ən qorxulusu odur ki, metafinlər gətirlir. Bura üçün yox. Tranzit olaraq, istifadə olunur. Bu da xüsusi ekstazi və uyuşdurucu maddələr üçün xammaldır. Eyni zamanda küllü miqdarda mobil telefon və ziynət əşyaları aşkarlanıb".

Ölkəyə gətirilən bəzi avtomobillərin ekologiyaya və avro standartlara cavab vermdəyini diqqətə çatdıran Aydın Əliyev bildirib ki, "Avro-4" standarlarına keçidlə bağlı qəbul ounmuş qərar önəmlidir: ""Avro-2" standartı ən aşağı standart idi. "Avro-4"də keçid avtomobillərin idxal tələblərini artırıracaq, ekologiyanın qorunmasına xidmət edəcək. Köhnə avtomobillərin tədricən aradan qaldırılması tıxac probleminin həlli deməkdir. Həmçinin yol hərəkətinin normal vəziyyətə düşməsinə təsir edəcək. İndi Avropada "Avro-5"-dən "Avro-6"-ya keçirilir. İnkişaf edən ölkə olduğumuz üçün, bu, normal qərardır".

Yanvarın 30-u Azərbaycanda gömrük xidməti əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə Dövlət Gömrük Komitəsinin şəxsi heyəti Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. daha sonra Dövlət Gömrük Xidmətində ötən ilin yekunları ilə bağlı kollegiya keçirilib. İclası açıq elan edən Aydın Əliyev bildirib ki, ölkəmizin iqtisadi təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsində və regional liderə çevrilməsində gömrük sistemi müstəsna rol oynayır. Daha sonra çıxış edən sədrin birinci müavini Səfər Mehdiyev bildirib ki, Azərbaycanın gömrük keçid məntəqələrində yaradılan şərait, tətbiq olunan müasir vasitələr Cənubi Qafqazın digər ölkələrində hələ ki, mövcud deyil. O, qeyd edib ki, 2013-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Qeydə alınan 12475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriy­yəsi ilə bağlı faktlar əsas yer tutur. Tədbirin sonunda bu il xidmətdə fərqlənən gömrük əməkdaşları diplom və medallarla təltif edilib.

 

Müəllif | Apa.Tv