Astarada arvadının QULAĞINI KƏSƏN ƏRƏ 6 İLLİK HƏBS CƏZASI

Astara rayon Məhkəməsində həyat yoldaşına dəhşətli işgəncələr verməkdə təqsirləndirilən Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, hakim İsmayıl Abdurahmanlının sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, məhkəmədən təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Müşavirədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Çingiz Mehdiyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il müddətinə azadlıqdan məhrum olunub. Çingiz Mehdiyevin vəkili Vəkil Natiq Əsədov hökmdən narazı qaldıqlarını və apellyasiya şikayəti verəcəklərini bildirib.

 

Həyat yoldaşı, 28 yaşlı Nisə Xəlilovaya qarşı zor tətbiq etməkdə, dəhşətli işgəncələr verməkdə, onun qulağını kəsməkdə ittiham olunan Astara rayonunun Kələdəhnə kənd sakini, 33 yaşlı Cingiz Mehdiyev Cinayət Məcəlləsinin 127.2.2, 145.2.5, 145.2.6 maddələri üzrə təqsirli bilinir.  

Müəllif | Apa.Tv