Volqoqradda partlayış törədənlərin kimliyi açıqlandı

Rusiya hüquq-mühafizə orqanları Volqoqradda vağzalda və trolleybusda terror aktlarını törətmiş şəxslərin kimliyini müəyyənləşdirib.

APA TV-nin “RİA Novosti”-yə istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya Federasiyasının terror əleyhinə Milli Komitəsinin məlumatında bildirilir.

Məlum olub ki, 2013-cü ilin 29-30 dekabr tarixlərində Volqoqradda terror aktlarını Əsgər Səmədov və Süleyman Maqomedov adlı şəxslər törədib. Hər iki şəxsin Buynak terrorçu qruplaşmasının üzvü olduğu bildirilir.

Terrorçu-kamikadzelərin Volqoqradda törətdiyi partlayışlar nəticəsində 30-dan çox adam ölüb, 100 nəfər yaralanıb. Onlardan biri trolleybusu, digəri dəmir yolu vağzalını partladıb.
 

Müəllif | Apa.Tv
Apa.tv