Parlamentin bu il ilk plenar iclasının vaxtı dəyişdirilib

Milli Məclisin yaz sessiyası üçün nəzərdə tutulan ilk plenar iclasının tarixi dəyişdirilib. APA TV xəbər verir ki, bu barədə jurnalistlər parlamentin mətbuat katibi Akif Təvəkküloğlu deyib. Fevral ayının 1-i istirahət gününə düşdüyündən parlamentin nizamnaməsinə uyğun olaraq, iclasın vaxtı dəyişdirilərək ayın 3-nə keçirilib. İclasın gündəliyinə 14, Yaz sessiyasının qanunvericilik işlər planına isə 12 məsələ daxildir: "İntizam və Hesablayıcı komissiyasının yenidən formalaşması məsələsinə baxılacaq. 2014-cü il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunacaq. Bir neçə hökumətlərarası sazişlərin və konvensiyaların təsdiq olunması ilə bağlı məsələlər var.  Eləcə də bir sıra qanunlara əlavə və dəyişiklər olacaq".

 

Akif Təvəkküloğlu həmçinin bildirib ki, jurnalistlər üçün nəzərdə tutulan otaqda 4 kompüterdən əlavə, daha 10 müasir kompüter quraşdırılıb. Kompüterlərdən tək plenar iclaslarda deyil, eləcə də komitə iclaslarında da istifadə etmək mümkün olacaq.

 

Müəllif | Apa.Tv