Bakıxanovda çoxmərtəbəli binada GÜCLÜ YANĞIN BAŞ VERİB

Bakıxanov qəsəbəsində iki otaqlı ev yanaraq yarasız hala düşüb. APA TV-nin xəbərinə görə, hadisə Yavər Əliyev küçəsi 25.95-ci məhəllədə, "Uğur 2" yaşayış kompleksində baş verib. Yanan ev Əlimirzə Hüseynova məxsus olub. 16-cı mərtəbədə baş verən yanğına səbəb mənzildəki elektrik naqilindəki qısaqapanma olduğu güman edilir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğın baş verəndə evdə olan 2 şəxsi qonşular xilas ediblər. Yanğını Fövqəladə Hallar Nazirliyinin əməkdaşları söndürərək, digər mənzillərə keçməsinin qarşısı alıblar. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı