Bakıya GÜCLÜ QAR YAĞIB

Bu gecə Bakıya yağan güclü qar fəsadlara yol açıb. Qara hazır olmayan sürücülər yollarda qalıb. Ən ağır vəziyyət Yasamal, Binəqədi, Xətai və Sabunçu rayonlarında qeydə alınıb. Eniş və yoxuşlarda avtomobillərin hərəkəti mümkünsüz olub. Gecə saatlarında temperaturun -5 dərəcəyə kimi düşməsi yolların buz bağlaması ilə nəticələnib. Yollardakı buzlaşma qəzaların sayını da artırıb.


Bakı-Sumqayıt yolunda da nəqliyyatın hərəkəti tamamilə dayanıb. Yolda qalan sürücülər şəhərə qayıtmağa məcbur oldular.

Qeyd edək ki, yanvarın 30-da günorta saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti pisləşib. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, qarlı və soyuq hava bir neçə gün davam edəcək.
 

Müəllif | Apa.Tv