"Chevrolet Lacetti" buzda sürüşərək qəza törətdi, xəsarət alan var

Bakının Xətai rayonu, Kövkəb Səfərəliyeva küçəsində sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "10 RS 042" dövlət nömrə nişanlı "Chevrolet Lacetti" markalı avtomobilin sürücüsü sərt döngədə idarəetməni itirərək yol kənarında dayanan "ZİL" markalı yük maşınına çırpılıb. Sürücü xəsarət alıb, hər iki maşına ciddi ziyan dəyib.

Hadisə şahidlərinin sözlərinə görə, "Chevroletin"in sürücüsü döngəyə sürətlə daxil olub və qar yağması səbəbindən yolun buz bağlamasını nəzərə almayıb.

Faktla bağlı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv