Hacıqabulda dəmiryolu qəzasının nəticələri aradan qaldırılır

Ötən gün Hacıqabul rayonun Muğan qəsəbəsi ərazisində baş verən dəmiryolu qəzasının fəsadları aradan qaldırılır. Əraziyə əlaqədar qurumların qüvvəsi və texnikası cəlb olunub.

Qəza baş verən ərazidə təmizləmə işləri aparılır. Əlaqədar orqanlar tez bir zamanda alternativ yolların açılmasına çalışırlar.
Qəzanın baş vermə səbəblərini aydınlaşdırmaq üçün müvafiq qurumlar araşdırma aparır. Hadisənin baş verməsinə ilkin səbəb kimi ərazidən keçən relslərin köhnəliyi və vaqonların yararsız vəziyyətdə olması göstərilir.

Xatırladaq ki, ötən gün səhər saatlarında Bakı-Böyük Kəsik istiqamətində hərəkət edən yük qatarının 33 vaqonu relsdən çıxıb, onlardan 8-i aşıb. Ölkə daxili marşrut üzrə hərəkət edən qatar tikinti materialları və buğda aparırmış.

 

Müəllif | Apa.Tv