Məleykə Abbaszadə Cəlilabadda vətəndaşları qəbul edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Cəlilabadda vətəndaşları qəbul edib. Qəbulda Cəlilabadla yanaşı, Lənkəran, Astara, Masallı, Biləsuvar, Lerik və Yardımlı rayonlarının sakinləri iştirak ediblər. TQDK sədrinə edilən müraciətlərin çoxu təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olub. Bir neçə vətəndaşın problemi yerindəcə həll olunub. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmaqla nəzarətə götürülüb.