Sürücülərin diqqətinə! BAKIDA TƏHLÜKƏLİ YOLLARIN SİYAHISI AÇIQLANDI!
Paytaxt ərazisində qarlı hava ilə əlaqədar olaraq təhlükəli yolların siyahısı açıqlanıb. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hazırda paytaxtın Babək, Tbilisi, Neftçilər prospektində yollarda buzlaşma müşahidə edilir. Heydər Əliyev prospektinin sağ hərəkət hissəsində yol qəzası baş verdiyi üçün hərəkətdə müəyyən sıxlıqlar yaranıb. Hazırda müvafiq qurumlar küçə və prospektlərin qardan təmizlənməsi üçün lazımı tədbirlər görür. Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmək, yüksək sürətdən uzaq olmaları məsləhət görülüb.