Ukrayna paytaxtı KİYEVDƏ BİR GECƏDƏ 23 AVTOMOBİL YANDIRILIB
Kiyevdə müxalifət tərəfdarlarının etirazları səngimir. Ötən gecə paytaxt küçələrində 23 avtomobilə od vurublar. Kiyevdə gecə boyunca yanğınsöndürənlər iş başında olublar. Avtomobillərdən altısını söndürmək mümkün olmayıb. Diqqət çəkən məqamlardan biri budur ki, yandırılan maşınların əksəriyyəti Ukraynanın qərb şəhəri Lvova məxsusdur. Avtomobillərin nömrələrinə baxış keçirilərkən onların Lvov qeydiyyatında olmasını təsdiqlənib.
Yanğınsöndürənlər qalan on yeddi maşını söndürməyi bacarıblar. Avtomobillərin söndürülməsində yanğınsöndürənlərə onların sahibləri də yardım ediblər. Ölkədə “Avromaydan” hadisələri başladıqdan sonra hökumətə qarşı olan bir çox etirazçının maşınları yandırılıb. Milis bu hadisələrlə bağlı araşdırmaları davam etdirir.