Gürcüstan vətəndaşı kirayə qaldığı mənzildən oğurluq edib

Qazax rayonunda kirayədə qalan Gürcüstan vətəndaşı elə həmin evdən oğurluq edib. Bir neçə müddət mənzildə qalıb bütün əşyaların yerini müəyyən etdikdən sonra ev sahibinə qənim kəsilib. Oğurluq hadisəsi ev sahibi Təhminə İsgəndərovanın kirayə pulunu ödəyə bilməyən Chketia Zurab mənzildən çıxdıqdan sonra baş verib. Gürcü həmin mənzilə qayıdaraq 40 manat nəğd pul və “notebook” oğurlayıb. Qeyd edək ki, Zurab xeyli müddət Türkiyədə yaşadığından fikirlərini izah etməkdə çətinlik cəkməyib:

Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş Gürcüstan vətəndaşı saxlanılıb. Chketia Zurabi haqqında Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli