Ağstafada maşın aşaraq elektrik dirəyinin üstündə düşdü 4 ÖLÜ

Ağstafada ölümlə nəticələnən yol nəqliyyat qəzası qeydə alınıb. Hadisə Qazax- Ağstafa avtomobil yolunun Köhnə Qışlaq kəndindən keçən hissəsində baş verib.


Ağstafa rayon Polis Şöbəsindən APA TV-yə verilən məlumata görə, yüksək sürətlə Qazax istiqamətində hərəkət edən “BMW” markalı avtomaşın Köhnəqışlaq kəndi ərazisində dəmir yolu üzərindəki körpüyə çatar-çatmaz idarə etməni itirərək dərəyə yuvarlanıb. Avtomaşın aşarkən yüksək gərginlikli elektrik xəttinin üzərinə düşüb. Nəticədə avtomobildə olan 4 nəfərin hamısı hadisə yerindəcə dünyalarını dəyişiblər. Bunlar - sürücü, Fizuli rayon sakini 30 yaşlı Elnur Əliyev, sərnişinlər Ağstafa rayon sakinləri 22 yaşlı Əli Mehrəliyev, 26 yaşlı Alqayıt Abbasov və Ağsu rayon sakini 24 yaşlı Naiq İsiyevdir.

10 minlik gərginliyi olan dəmiryolu xəttinin üzərinə düşən avtomobildən cəsədləri Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasetmə qrupu çıxarıb. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli