Bakı küçələrini qardan təmizləməyə 1100-dən çox texnika çıxarılıb

Dünən gecə saatlarından paytaxta yağan qarı təmizləmək üçün Nəqliyyat Nazirliyinin «Azəryolservis» Açıq Səhmdar Cəmiyyəti 1100-ə yaxın texnika çıxarıb. Hazırda yolların qardan təmizlənməsi prosesi davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin bir neçə gün öncə ölkə havaların kəskin pisləşəcəyi, qar yağacağı, yolların buz bağlayacağı barədə proqnoz verdikdən sonra xüsusi texnikalar paytaxtın müxtəlif yerlərində növbə çəkib.


“Azəryolservis” 25 min kubmetrə yaxın qum ehtiyatı, 1500 ton duz ehtiyatı görüb ki, bununla da paytaxt yollarını donmağının qarşısını alınmaq üçün istifadə edilir.

Bu arada paytaxt ərazisində qarlı hava ilə əlaqədar olaraq təhlükəli yolların siyahısı açıqlanıb. Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsindən verilən məlumata görə, hazırda paytaxtın Babək, Tbilisi, Neftçilər prospektində yollarda buzlaşma müşahidə edilir. Yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq, idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmək, yüksək sürətdən uzaq olmaları məsləhət görülüb.

Müəllif | Apa.Tv