Bibiheybətdə ağır qəza baş verib, yaralananlar var

Ötən axşam Bakının Səbail rayonu ərazisində, Yeni Salyan şosesində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, "Lada Samara" markalı minik maşını Bərdə rayonundan Bakıya gələn yük avtomobilinə arxadan çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü və bir sərnişin xəsarət alıblar. Yaralılar deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə yerinin yaxınlığında yaşayan vətəndaşlar yaralı sürücü və sərnişini avtomobildən çıxararaq, xəstəxanaya aparıblar.

İlkin ehtimala görə, minik maşınının sürücüsü hava şəraitini nəzərə almayıb və avtomobili yüksək sürətlə idarə edib.

Faktla bağlı araşdırma aparılır. Mahir Məmmədli, Əjdər İbrahimov, APA TV


 

Müəllif | Apa.Tv