Xalasının evindən oğurluq edən BACIOĞLU HƏBS OLUNDU
Tovuz rayonunda evlərə, mağazalara qənim kəsilən oğrular yaxalanıb. Tovuz polisinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Aşağı Quşçu kəndində mağazanın qapısını sındırmaqla xeyli miqdara pul, ərzaq məhsulları və danışıq kartları oğurlayan iki dost - Mingəçevir şəhər sakini, əvvəllər məhkum olmuş Rəfail İbadov və Aşağı Quşçu kənd sakini Azər Rüstəmov şübhəli şəxs qismində saxlanıb. Dindirmələr zamanı məlum olub ki, İsmayıl Hüseynova məxsus mağazanın yerini müəyyən edən dostlar gecə satış mərkəzinə gedərək oradan oğurluq ediblər. Saxlanılan şəxslərin evlərinə baxış keçirilərkən oğurladıqları danışıq kartları maddi sübut kimi götürülüb.
Tovuz polisi daha bir oğurluq faktının da üstünü isti izlərlə açıb. Bir neçə gün öncə İsaxan Ələsgərovun mənzilindən 250 manat pul və qızıl zinət əşyaları oğurlayan Gəncə şəhər sakini Ruslan Abbasov yaxalanıb. Dindirmələr zamanı məlum olub ki, öz xalasının evindən oğurluq edən elə doğma bacısı oğlu Ruslan olub. Oğurluğu etiraf edən gənc övladının xəstə olmasını əsas gətirərək belə hadisəni törətdiyini bildirib.
Hər iki faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.