Petrozavodskda AZƏRBAYCANLILARLA ÇEÇENLƏR ARASINDA KÜTLƏVİ DAVA

Rusiyanın Petrozavodsk şəhərində qafqazlılar arasında kütləvi dava baş verib. İnsident yanvarın 27-ə keçən gecə qeydə alınıb. Kütləvi davada 40 nəfərə yaxın çeçen, inquş erməni və azərbaycanlılar iştirak edib. Nəticədə dava iştirakçılarından biri, 29 yaşlı çeçen kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Digər bir neçə şəxs yüngül bıçaq yarası alıb.

Hadisə ilə bağlı cinayət işi başlanıb. Dörd azərbaycanlı şübhəli şəxs qismində saxlanıb. Kareliya Daxili İşlər Nazirliyi münaqişənin məişət zəminində baş verdiyini bildirir. APA TV-nin əldə etdiyi məlumata görə, çeçenlər azərbaycanlılar işlətdiyi obyektdən haqq almaq istəyiblər. Azərbaycanlılar haqq ödəməkdən imtina ediblər, bundan sonra çeçenlər bir qrup dağıstanlı və ermənini götürərək soydaşlarımızın obyektinə gəlib. Tərəflər arasında kütləvi dava düşüb, davada azərbaycanlılar qarşı tərəfi möhkəm əzişdiriblər. Başından beysbol ağacı ilə zərbə alan bir çeçenin vəziyyətinin ağır olduğu bildirilir.
 

Müəllif | Apa.Tv
Elvin Bayramlı