Azərbaycanın bütün yollarında NƏQLİYYATIN HƏRƏKƏTİ BƏRPA EDİLİB



Ağsu aşırımından başqa respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti bərpa edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. APA TV-nin məlumatına görə, magistral yollar qardan və buzdan təmizlənib, hazırda bütün istiqamətlərdə nəqliyyatın hərəkəti bərpa edilib. Hələlik yalnız Ağsu aşırımında təhlükəli vəziyyət qalır, orada nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Ötən gün respublikanın avtomobil yollarında 13 yol nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən də paytaxt yollarının böyük əksəriyyətinin qardan və buzdan təmizləndiyi bildirilib.
 

Müəllif | Apa.Tv
Apa.tv