Masallı sakini qarlı havada Xəzərdə çimdi - ŞOK GÖRÜNTÜLƏR


66 yaşlı Masallı rayonunun Hişkədərə kənd sakini Ələmdar Əliyevin həyat yolu yaşıdlarından o qədər də fərqlənmir. Masallı Rayon Telekommunikasiya Qovşağında çalışan Ələmdar kişinin yeganə fərqli xüsusiyyəti onun dənizə olan sonsuz sevgisindədir. Ömrünün bu ahıl yaşlarında, qışın oğlan çağında Ələmdar Əliyev dənizdə çimməklə özünü çox gümrah hiss edir.

Bölgəyə yağan qar Ələmdar kişinin sevincinə səbəb olub. Dərhal köhnə “Jiquli”sinə əyləşərək Xəzər dənizinə üz tutub.

Onun sözlərinə görə, hələ uşaq ikən xəstə olan zaman anası onu 3 gün qarın altında saxlayıb. Həmin gündən indiyə kimi 66 yaşlı ağsaqqal nə soyuq havadan, nə də sudan qorxur.

 

Müəllif | Apa.Tv