Azərbaycanın bölgələrinə qar yağmaqda davam edir

Paytaxtda qar yağması səngisə də, hazırda respublikanın əksər rayonlarında yağıntı davam edir. Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. Bu günə olan məlumata görə, qar örtüyünün hündürlüyü Bakı və Sumqayıtda 15-30 santimetr, qərb bölgəsində 5-20 sm, şimal-qərb bölgəsində 10-30 sm, şimal bölgəsində 20-40 sm arası, dağlıq Şirvanda 30 sm təşkil edir. Ən az yağıntı Mərkəzi Aran bölgəsinə düşüb. Qarın ən çox yağdığı bölgə cənub bölgəmizdir, burada bəzi yerlərdə yağan qarın hündürlüyü yarım metrdən hündürdür.
 

Müəllif | Apa.Tv
Apa.tv