Səlim Müslümov: “Qarabağ qazilərinin sosial müdafiəsi hər zaman prezidentin diqqətindədir”
Yanvarın 31-də «Vətən Əlilləri» İctimai Birliyinin sədri, «Qarabağ Qaziləri» İctimai Birliyinin nümayəndələri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla görüşüblər. Nazir ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirmiş vətəndaşların sosial müdafiəsinin daim prezident İlham Əliyevin diqqətində olduğunu vurğulayıb, Qarabağ müharibəsi əlillərinə göstərilən dövlət qayğısının daim artmaqda olduğunu deyib.
Səlim Müslümov həmçinin tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara yüksək keyfiyyətli xidmətin göstərilməsi, bu xidmətlərdən istifadədə nöqsan və çatışmazlıqların aradan qaldırılması və şəffaflığın təmin olunması istiqamətində işlərin aparıldığını deyib.
«Qarabağ Qaziləri» İctimai Birliyinin sədri Etimad Əsədovu görüş iştirakçıları adından Qarabağ müharibəsi əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırıb. Nazir nazirliyin səlahiyyətlərinə aid məsələlərin həll olunması üçün müvafiq işlərin görülməsi barədə aidiyyatı üzrə tapşırıqlar verib.
İctimai Birliklərin üzvləri son zamanlar Qarabağ müharibəsi əlili adından sui-istifadə hallarını pisləyərək, belə halların hər hansı problemin həllinə deyil, əslində cəmiyyətdə ajiotaj yaratmağa yönəldiyini ifadə ediblər.