Gəncədə SOYĞUNÇULUQ VƏ OĞURLUQ EDƏN ŞƏXSLƏR HƏBS OLUNDU

Gəncədə soyğunçuluq edən şəxs və oğurluqla məşğul olan dəstə üzvləri həbs olunublar. Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Şəmkir rayonu, Könüllü kənd sakini 25 yaşlı Sevinc Məmmədovaya qarşı küçədə zor tətbiq edək onun boyunbağısını ələ keçirən 1989-cu il təvəllüdlü Cavid Mayılov saxlanılıb. Onun üzərinə baxış zamanı 1,718 qram narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb. Saxlanan şəxs polis əməkdaşlarına borcu olduğu üçün soyğunçuluq etdiyini bildirib. Keçirilən başqa bir əməliyyat nəticəsində Gəncədə xeyir-şər evlərindən samovar oğurlayan 3 nəfərlik dəstə saxlanılıb.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, 15 gün əvvəl şəhər sakini Elşən İsmayılov polisə müraciət edərək, Üzeyir Hacıbəyov küçəsində yerləşən binanın xeyir-şər mağarından 730 manat dəyərində 2 ədəd samovarın oğurlandığını bildirib. Əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 21 yaşlı Mehrab Hüseynzadə, 20 yaşlı Xəyal Kazımzadə və 26 yaşlı Emin Əsədovdan ibarət dəstə saxlanılıb. Hər iki faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, araşdırma gedir.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli