İspaniya millisinin sabiq baş məşqçisi LUİS ARAQONES VƏFAT ETDİ

İspaniya millisinin sabiq baş məşqçisi Luis Araqones vəfat edib. 76 yaşlı mütəxəssis bu gün səhər saatlarında dünyasını dəyişib. Səhhətində problem olan Araqones Madirddə yerləşən “Cemtro” klinikasında həyatini itirib. Qeyd edək ki, “Atletiko”da oynadığı futbolla klubun əfsanələri arasında yer alan Araqones, 2008-ci ildə İspaniya milli komandasını avropa çempionu edib. O, məşqçilik karyerası ərzində vətənində “Barselona”, “Valensiya”, “Sevilya”, “Atletiko”, “Betis”, “Malyorka”, Türkiyədə isə “Fənərbaxça” klubunu çalışdırıb.

 

Müəllif | Apa.Tv
Apa.tv