Qusarda yaşayış evində partlayış olub, XƏSARƏT ALANLAR VAR

Qusarda yaşayış evində partlayış olub, ər və arvad xəsarət alıb. Hadisə rayonun Çiləgir kəndində qeydə alınıb. Nəriman Məmmədova məxsus yaşayış evinin həyətində inşa olunmuş, ümumi sahəsi 18 kvadrat metr olan iki otaqlı yardımçı tikilidə qaz sızmasından partlayış olub.

Nəticədə həmin tikilidə kirayədə yaşayan, 63 yaşlı Şəkixan Hacıyev və onun həyat yoldaşı, 63 yaşlı Maral Hacıyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq, Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Maral Hacıyevaya üçüncü, Şəkixan Hacıyevə isə aşağı ətrafların ikinci dərəcəli yanıq diaqnozu qoyulub. Qadının vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan