Minlərlə insan Madrid küçələrində

İspaniyada abortu məhdudlaşdıran qanun etirazlara səbəb olub. Madrid küçələrində təşkil olunan nümayişlərdə minlərlə insan iştirak edib. 300 dən çox qadın təşkilatının üzvlərinin iştirak etdiyi aksiyada "Qərarı biz verərik" kimi şüarlar səsləndirilib.

 

Polis aksiya iştirakçılarının hökumət evinin qarşısında toplaşmasına mane olub. Müdaxiləyə baxmayaraq qərara etiraz edən minlərlə qadın şüarlarını səsləndirərək iqtidardakı Xalq Partiyasından açıqlama tələb ediblər. Aksiya iştirakçıları hökumətdən abortun məhdudlaşdırması ilə bağlı qərarın tez bir zamanda ləğv edilməsini tələb ediblər.

 

Müəllif | Apa.Tv