Vulkan püskürməsi 11 nəfərin həyatına son qoydu

İndoneziyanın Sumatra adasındakı Sinabunq vulkanında meydana gələn partlayışlar nəticəsində 11 nəfər həlak olub. Rəsmi məlumatlara görə, ölənlərdən dördü turist olub. Onlar vulkanın yaxınlığında şəkil çəkdirən zaman qəfil baş verən partlayış nəticəsində həlak olublar. Püskürən lavanın altında qalan turistlərin cəsədləri tapılmayıb. Xilasedicilərə vulkanda baş verən partlayışlardan sonra əmələ gələn qaz və isti kül mane olub.

 

Müəllif | Apa.Tv