Yanacaq doldurma məntəqəsində partlayış: 3 ÖLÜ

Livanda Hizbullahın nəzarəti altındakı Əl Hermel şəhərində baş verən partlayışda 3 nəfər ölüb. Partlayış yanacaq doldurma məntəqələrinin birində qeydə alınıb. Məlumata görə, bu eyni yerdə son bir ay ərzində meydana gələn ikinci partlayışdır.

 

Qeyd edək ki, Əl Hermel Suriya sərhədinə yaxın yerləşən bir şəhərdir.

 

Müəllif | Apa.Tv