Bərdədə SİLAHLI İNSİDENT: yaralı var

Bərdədə güllələnmə hadisəsi baş verib. İnsident rayondakı avtomobil yuma məntəqələrinin birində qeydə alınıb. Naməlum  şəxs "Makarov" markalı tapançadan məntəqəyə beş dəfə atəş açıb. Xoşbəxtlikdən ölən olmasa da, güllələrdən biri rayon sakini Vaqif Əvəzova  dəyib. Boyun nahiyəsindən güllə yarası alan 66 yaşlı kişi xəstəxanaya çatdırılıb. Bərdə Mərkəzi Xəstəxanasının həkimi Şəmil Məmmədovun sözlərinə görə, yaralının vəziyyəti ağırdır.

 

İlkin ehtimala görə, hadisəyə səbəb qan davasıdır. Atəş açan şəxsin kimliyi məlum olmadığından polis bu istiqamətdə axtarış tədbirləri həyata keçirir. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer 8 ilə tam dəstəklənir. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Əlaqə

© 2013 - 2024 APA TV - Onlayn Televiziya Bütün müəllif hüquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.