Şaxtalı hava ilə əlaqədar xəsarət alanların 29-u xəstəxanaya yerləşdirilib

Son iki gündə paytaxtın bütün rayonları üzrə qarlı havada küçədə sürüşərək xəsarət alanlarla bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlər əsasında 29 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib ki, qarlı havada gün ərzində  təcili yardım stansiyasına 1600 nəfər müraciət edib ki, bu da əvvəlki günlərə nisbtən azdır.

 

Stansiyaya 35 küçə müraciəti daxil olub ki, onlar sürüşərək xəsarət alanlardır. Onlardan 29-u xəstəxanaya yerləşdirilib, 3- nəfərə yerində yardım göstərilib. Digər 3 nəfər isə yardım göstərildikdən sonra evinə aparılıb.

 

Xəsarət alan şəxslərdə əsasən sınıq və çıxıqlar müşahidə olunub. Xəstələr 3 saylı Sabunçu Şəhər Klink Xəstəxanasına, Tramvatologiya şöbəsinə və 1 saylı şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.

 

Zemfira Vahidova bildirib ki, həkim briqadasının çağırışlara gedə bilməməsi halı qeydə alınmayıb. Onun sözlərinə görə, qarlı hava ilə əlaqədar stansiyaya xüsusi təyinatlı avtomobillər cəlb olunub. Bir çox xəstələrə isə telefon vasitəsi ilə həkim məsləhəti verilib.

 

Müəllif | Apa.Tv