Zaqatalada ev yanaraq külə döndü

Zaqatalada yaşayış evi yanaraq külə dönüb. APA. TV-nin  məlumatına görə, hadisə fevralın 1-də gecə saat 22 radələrində rayonun Suvagil kəndində, Əmirov Nəriman Məhəmməd oğluna  məxsus, ümumi sahəsi 90 kv/m olan, birmərtəbəli 3 otaq və şüşəbənddən ibarət fərdi yaşayış evində  qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Nəriman Əmirova məxsus üç otaqlı ev içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın zamanı ev sahiblərindən xəsarət alan olmayıb. İlkin ehtimallara görə, yanğına elektrik naqillərində olan qısaqapanma səbəb olub. Fakla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov