Diqqət! 10 DƏRƏCƏ ŞAXTA OLACAQ

Ölkə ərazisində şaxtalı hava  şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın APA TV-yə verdiyi məlumata görə, yaxın 3 gündə Bakı və Abşeron yarımadasında gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək: "Havanın temperaturu gecə saatlarında 6-8 dərəcə  şaxta, bəzi yerlərdə 10 dərəcə şaxta olacaq. Günorta saatlarında isə 0-3 dərəcə şaxta gözlənilir".


Rayonlarda yaxın 3 gün ərzində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lənkəran və Astara rayonlarında az qar yağacağı gözlənilir: "Havanın temperaturu Mərkəzi Aran rayonlarında günorta saatlarında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, dağlıq rayonlarda havanın temperaturu günorta saatlarında 2-7 dərəcə şaxta olacaq".

 

Yaxın üç gün ərzində Abşeron yarımadasında meteroloji amillərin zəif və mülayim tərəddüdü, eləcə də oksigenlə zəngin hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova