Müdafiə Nazirliyi: İKİ HƏFTƏDƏ ONLARLA ERMƏNİ MƏHV EDİLİB

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə erməni mətbuatının xəbərlərini təkzib edib. Nazirliyin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Vaqif Dərghalı bildrib ki, yanvarın 19-dan fevralın 1-dək cəbhədə baş vermiş döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub. Mətbuat rəisi onu da bildirib ki, cəbhə xəttində Azərbaycan ordusunun 8 hərbçi itirməsi, 20-dək hərbçinin isə yaralanması barədə erməni mətbuatının yaydığı xəbərlər həqiqəti əks etdirmir.

 

Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycanda Ermənistandan fərqli olaraq orduda baş verən itkilər mətbuatdan, ictimaiyyətdən gizlədilmir, ermənilərin itkisi isə onlarladır.
 

Qeyd edək ki, Ermənistan mətbuatı  Azərbaycan Ordusunun cəbhə xəttinə ağır hərbi texnika toplaması barədə xəbərlər dərc ediblər.

 

Müəllif | Apa.Tv