Şəkidə Ticarət Mərkəzində baş verən yanğından görüntülər

Şəkidə Ticarət Mərkəzi yanıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, şəhər ərazisində yerləşən ümumi sahəsi 2125 kv/m olan ticarət mərkəzində baş verən yanğının söndürülməsinə Qax, Qəbələ, Oğuz və Mingəçevirdən də yanğınsöndürənlər cəlb edilib.


Yanğın nəticəsində ticarət mərkəzinin 1200 kv/m sahəsi içərisindəki əşyalarla birgə yanıb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov