Almaniyada 116 metrlik göydələn yoxa çıxıb – HADİSƏ ANI GÖRÜNTÜLƏRİ
Almaniyanın Frankfurt şəhərində 116 metrlik göydələn bir neçə saniyənin içərisində yox olub
Bazar günü 38 mərtəbəli bina uzaqdan idarə olunan partlayışla uçurulub. Bu binada ötən əsrin 70-ci illərindən Höte adına universitetin tədris hissələri yerləşirdi.
İndiyədək Avropada bu qədər hündür binanın partlayış yolu ilə uçurulması hadisəsi baş verməmişdi. Partlayışı 30 minə yaxın adam izləyib.
Almaniya "Universitet qalası" adlandırılan bina 1972-ci ildə inşa edilib. Vaxt keçdikcə tikili ömrünü başa vurub. Binanın partladılması üçün təxminən bir ton partlayıcıdan istifadə edilib. Onun yerində yeni ofis mərkəzi tikiləcək.