TÜRKİYƏDƏ QƏRİBƏ OĞURLUQ HADİSƏSİ BAŞ VERİB
Türkiyədə qəribə oğurluq hadisəsi baş verib. Ağrı şəhərində özəl klinikadan ultrasəs aparatı oğurlanıb. 150 kiloqramlıq cihazı əl arabası ilə daşıyan şübhəlilərin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeyd edilib. Üç nəfər klinikaya girərək, dörd ölçülü, rəngli ultrasəs müayinəsi aparatını cəmi 2 dəqiqəyə söküblər. Klinikanın baş həkimi Sinem Albayrak Kaya hadisədən şoka düşdüklərini bildirib. Baş həkim bunun adi oğurluq olduğuna inanmır. Onun sözlərinə görə, klinikada çəkidə daha yüngül, qiymətdə isə ağır başqa şeylər də ola-ola bölgədə çətin tapılan cihazın oğurlanmasının məqsədi tamam başqadır.