Ukraynada AKSİYALARDA 126 NƏFƏR İTKİN DÜŞÜB
Ukraynada nümayişlər başlayandan 36 fəal itib. APA TV xəbər verir ki, bu barədə məlumatı "Evromaydan SOS" nümayişçilərin hüquqlarını müdafiə təşkilatı facebook səhifəsində yayıb. Lakin bu rəqəm son deyil. Çünki təşkilat bir ay içərisində 129 nəfərin itməsi barədə məktub alıb. Hüquq-mühafizə orqanları da insanların itməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Ukrayna Daxili işlər nazirliyi 126 nəfərin itməsi barəsində nazirliyə məktub daxil olduğunu və bütün hallar üzrə araşdırma aparılacağını bəyan edib.
Bu arada ölkədə hökumətə qarşı nümayişlərdə müxalifət tərəfindən iştirak edən iki Gürcüstan vətəndaşı saxlanılıb. Sorğu zamanı onlardan biri pul müqabilində polislərə qarşı travmatik silahlardan istifadə etdiyini bildirib. Ukraynada işləmək üçün gələn 26 yaşlı gürcü gündəlik 600 qriven qarşılığında nümayişlərdə iştirak etməyə razılaşıb. Onlar eyni zamanda 26-dan çox avtomobili yandırmaqda şübhəli bilinirlər. Sonuncu dəfə avtomobili yandıran zaman hər iki şəxsi milis həbs edib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bütövlükdə müxalifət tərəfindən nümayişlərdə iştirak edən 4 əcnəbi saxlanılıb.
Qeyd edək ki, ötən ilin yanvarın 19-dan başlayan nümayişlər zamanı artıq üç nəfər həyatını itirib.