İSMAYILLIDA ZƏLZƏLƏ!

Bu gün səhər Azərbaycanın İsmayıllı rayonunda zəlzələ baş verib.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 07:51:33-də Pirquludan 15 km qərbdə İsmayıllı ərazisində qeydə alınıb.

 

Yeraltı təkanların maqnitudası 3.70, dərinliyi 12 km olub. Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

 

Tikililərdə dağıntı yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv