Azərbaycanda 13 YAŞLI OĞLAN İNTİHAR EDİB

Azərbaycanda yeniyetmə intihar edib. Qusar Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Yasab kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü Rəşad Cəlilov yaşadığı evin həyətindəki tövlədə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. 

 

Müəllif | Apa.Tv
Apa.tv