Putinin nümayəndəsi: ““DQR”in ərazisi Gömrük İttifaqının ərazisindən çıxarılacaq”

 

“Əksər ölkələrin mövqeyi bundan ibarətdir ki, Ermənistanla münasibətləri inkişaf etdirən zaman Azərbaycanın nöqteyi-nəzərinə hörmətlə yanaşılmalıdır”. Bu fikirləri “Vesti.az” portalına açıqlamasında Rusiya prezidenti Vladimir Putinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov deyib.

 

O bildirib ki, bu ölkələrdən heç biri “Dağlıq Qarabağ Respublikası”nı Ermənistanın tərkib hissəsi kimi tanımır, həmçinin bu separatçı qurumu Avrasiya Gömrük İttifaqının hissəsi saymır: “Hətta Ermənistan belə Dağlıq Qarabağın öz ərazisi olduğunu bəyan etməyib. Buna görə də şübhə yoxdur ki, “Dağlıq Qarabağ Respublikası”nın ərazisi Gömrük İttifaqının ərazisindən çıxarılacaq”. 

Müəllif | Apa.Tv
Apa.tv