Məktəbliləri GİROV GÖTÜRƏN ŞƏXS ZƏRƏRSİZLƏŞDİRİLDİ

Rusiya paytaxtında orta məktəbdə silahlı insident baş verib. APA  TV-nin   Moskva müxbirinin verdiyi məlumata görə, silahlı şəxs paytaxtda yerləşən 263 saylı məktəbin binasına daxil olaraq, odlu silahdan atəş açmağa başlayıb. Hadisə yerinə gəlmiş polis əməkdaşları və müəllimə güllələnib. Silahlı şəxsin məktəbin təhlükəsizlik xidmətinin əməkdaşını silahla hədələyərək içəri daxil olduğu bildirilir. Təhlükəsizlik Xidmətinin əməkdaşı hadisə yerinə polisləri çağırıb. Bu zaman silahlı şəxs məktəbin pəncərəsindən polislərə atəş açmağa başlayıb. Nəticədə daha bir şəxs güllə yarası alıb. Silahlı şəxsin şagirdləri girov götürdüyü bildirilir.

 

Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Silahlı şəxsin artıq zərərsizləşdirildiyi bildirilir. Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev hadisə yerinə gəlib. polis qüvvələri Məktəb binasını mühasirəyə alıb.

 

Müəllif | Apa.Tv