Bakıda İNTİHARA CƏHD EDƏN YAŞLI QADIN xilas edildi
Bakının Nizami rayonunda intihar etməyə cəhd edən yaşlı qadın xilas edilib.
APA TV-nin məlumatına görə, metronun “Neftçilər” stansiyası yaxınlığında, R. Rüstəmov küçəsi, 25 ünvanında yaşlı qadın yaşadığı 5 mərtəbəli binanın pəncərəsinə çıxaraq intihara cəhd edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəliblər. Xilasedicilər xüsusi alət və avadanlıqların köməyi ilə mənzilə giriş qapısından daxil olaraq qadını xilas ediblər.
Təcili Tibbi Yardım Stansiyasının hadisə yerinə gələn əməkdaşlarının verdiyi məlumata görə, yaşlı qadın ruhi xəstədir və sözügedən ünvanda oğlu ilə yaşayır.
Nizami Rayon Polis İdarəsindən isə APA-ya bildirilib ki, adıçəkilən ünvanda intihara cəhd hadisəsi baş verməyib: “Həmin ünvanda yaşayan qadın ruhi xəstədir. O, bağlı qapı arxasında qaldığı üçün pəncərəni açaraq kömək istəyib. Hadisə yerinə xilasedicilər çağırılıb və bağlı qapı arxasında qalan qadın xilas edilib”.