Milli Məclisin yaz sessiyasında qəbul olunacaq qanunlar - SİYAHI

Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, 2013-cü ilin payız sessiyasında parlamentin 10 plenar iclası keçirilib. Bu zaman 170 qanun və qərar qəbul edilib. Bundan əlavə, komitələr səviyyəsində 62 iclas keçirilib və 215 məsələyə münasibət bildirilib. Ölkədə qanunvericilik bazasının yaradılması üçün lazımi tədbirlər görülüb.

 

İclasın davamında parlamentin İntizam və Hesablayıcı komissiyalarının tərkibi yenidən formalaşıb. Daha sonra yaz sessiyasının qanunvericilik işləri planı müzakirəyə çıxarılıb. Millət vəkili Elmira Axundova beş il əvvəl qəbul edilən "Ali Təhsil" , "Peşə Təhsil" haqqında qanunun qəbul edilməsinə baxmayaraq, bu istiqamətdə işlərin görülmədiyini deyib. Onun sözlərinə görə, çərçivə qanunları və "Reproduktiv " qanunlarını qəbulu gecikir. Millət vəkili Səyavuş Novruzov bu il keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Seçki Məcəlləsinə dəyişiklik edilməsini istəyini bəyan edib. Onun fikrincə, bələdiyyə üzvlərinin sayı azaldılmalıdır.

 

Daha sonra iş planı haqqında məlumat verən sədr Oqtay Əsədov bildirib ki, yaz sessiyasının gündəliyinə 12 məsələ daxil edilib. Yaz sessiyasında "Rəqabət Məcəlləsi", reklam, dəniz limanları, hərbi qulluqçuların statusu, silahlı qüvvələr və başqa silahlı birləşmələr və elm haqqında qanun layihələri müzakirəyə çıxarılacaq.

İş planı səsə qoyularaq, qəbul olunub.

İlk iclasın gündəliyinə daxil 14 məsələ səsə qoyularaq qəbul edilib.

 

Müəllif | Apa.Tv