Jan-Klod Minyon: "2014-cü ildə baş verəcək hadisələr vacibdir"

"Düşünürəm ki, assambleya daxilindəki parlament diplomatiyası üzv ölkələr arasındakı münaqişələrin həllinə yardımçı ola bilər. Bir şərtlə ki, bu diplomatiyamız ölkələr arasındakı rəsmi diplomatiyanın nüfuzuna zərər vurmasın".

APA TV vəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının sabiq sədri, Avropa Şurasının baş katibi postuna namizəd, fransalı millət vəkili Jan-Klod Minyon AŞPA-dakı Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin görüşünə münasibət bildirərkən deyib. O hesab edir ki, bu və ya digər məsələlərin irəliləməsi üçün rəsmi diplomatiyanın özünün də parlament diplomatiyasına və yaxud əksinə ehtiyacı var: "Bildiyiniz kimi, AŞPA-nın məndən öncəki sədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı assambleyanın xüsusi alt komitəsini yaratmışdılar. Mən isə bunu qəbul etmək istəmədim. Düşünürəm ki, digər strukturların fəaliyyətini təkrarlamağa ehtiyac yoxdur. ATƏT olduqca əhəmiyyətli bir təşkilatdır, bizim əsas tərəfdaşlarımızdandır. ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş Minsk Qrupunu yaradıb. Məsələləri daha da qəlizləşdirə biləcək əlavə səylər ortaya qoymaqdansa, daha yaxşı olardı ki, ATƏT-lə, Minsk Qrupu əməkdaşlıq edək".

 

Minyonun fikrincə, ATƏT-in Minsk Qrupunun müəyyən etdiyi "Madrid prinsipləri" hər iki tərəfin qəbul edə biləcəyi prinsiplərdir: "Azərbaycan xarici işlər naziri mənə Azərbaycanın "Madrid prinsiplərini" qəbul etməyə tamamilə razı olduğunu söylədi. Minsk Qrupunun həmsədrləri ilə görüşümdə onların belə vəziyyətdən yararlanmalarını arzulayırdım. Hesab edirəm ki, 2014-cü ildə baş verəcək hadisələr olduqca vacibdir. Çünki ilk növbədə, Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək. Bu prinsipləri yenidən canlandırmaq üçün indi olduqca yaxşı imkanlar açılı"b.

Jan Klod Minyon Avropa Şurasını demokratiya evi adlandıraraq, burada ölkələrin qarşılıqlı hörmət və tolerant olmağı öyrəndiklərini deyib.

 

Müəllif | Apa.Tv