Hərbi hissənin yataqxanasında partlayış: 4 NƏFƏR YARALANDI

Gəncədə yataqxananın mənzilində içinə qaz dolmuş sobanın partlaması nəticəsində biri azyaşlı olmaqla, dörd nəfər xəsarət alıb.

Hadisə Gəncənin Məhsəti qəsəbəsindəki, N saylı hərbi hissəsinin yataqxanada, Ağdamdan olan məcburi köçkün Habil Baxşəliyevin məskunlaşdığı mənzildə baş verib.

Qaz sobasının partlaması nəticəsində 26 yaşlı Könül Həsənova, 70 yaşlı Leyla Həsənova, Habil Baxşəliyev və 2 yaşlı uşaq müxtəlif dərəcəli xəsarətlər alıblar.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralıların vəziyyətlərinin sabit olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Azər Məmmədli
Nazir Quliyev
APA TV Gəncə

Müəllif | Apa.Tv
Azər Məmmədli