İran XİN: Nüvə razılaşması 6 ay ərzində əldə oluna bilər

İran və Qərb arasında nüvə proqramı üzrə son razılaşma 6 ay ərzində əldə oluna bilər. Bu fikirləri Berlində səfərdə olan İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bəyan edib. O bildirib ki, bu tarixdən də əvvəl razılaşmaya gəlmək olar.

Qeyd edək ki, İranın xarici işlər idarəsinin başçısı Almaniyanın Xarici Siyasət Cəmiyyətinin təşkil etdiyi tədbirdə çıxış edib.
Məhəmməd Cavad Zərif qeyd edib ki, İran nüvə proqramını sülh məqsədləri üçün həyata keçirir və məqsədi nüvə silahı əldə etmək deyil.

Müəllif | Apa.Tv
Apa.tv