Beyrutda terror aktı: 1 NƏFƏR ÖLÜB, 2 NƏFƏR YARALANIB

Livanın paytaxtı Beyrutda avtomobilə qoyulan bombanın partlaması nəticəsində 1 nəfər ölüb, 2-si isə yaralanıb.

Livan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, terror aktında ölənlərin sayı arta bilər. Eyni zamanda partlayışın “Hizbullah”a bağlı təşkilat tərəfindən törədildiyi də məlum olub.
Partlayış şiddətli olduğundan ətrafdakı avtomobillərə ciddi ziyan dəyib.

Müəllif | Apa.Tv
Apa.tv