Ölkədə QARLI-ŞAXTALI HAVA ŞƏRAİTİ DAVAM EDƏCƏK

Ölkə ərazisində şaxtalı-qarlı hava şəraiti davam edəcək. Bu barədə APA TV-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin  Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Qarşıdakı 2 gündə Bakıda və Abşeron yarımadasında hava buludlu olacaq, az miqdarda qar yağacaq. Şimal-Şərq küləyi əsəcək, günorta saatlarında Cənub küləyi ilə əvəzlənəcək: "Bakıda və Abşeron yarımadasında günorta saatlarında 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək".


Bölgələrimizdə də hava qismən yağıntılı, şaxtalı olacaq: "Mərkəzi Aran rayonlarında havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda isə 5 dərəcə şaxta olacağı gözlənilir". Bölgələrdə şərq küləyi əsəcək.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova