"Vətən" ləqəbli Nazir Kərimov HƏBS OLUNDU
Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul şəxslər saxlanılıb.
Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşlarının saxlanılan Şakir Babayev ətrafında apardıqları əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Şəmkir rayon sakini, 57 yaşlı Eltəkin Əliyev tanışı, Gəncə şəhər sakini, "Vətən" ləqəbi ilə tanınan 44 yaşlı Nazir Kərimov İranda Ceyhun adlı şəxsdən narkotik vasitə olan heroin alaraq Gəncəyəə, Şakir Babayevin evinə gətirib və orada müxtəlif məqsədlər üçün istifadə ediblər. Əməliyyat tədbirləri zamanı Eltəkin Əliyevdən 3 qram heroin, əvvəllər Cinayət Məcəlləsinin 95 (adam öldürmə) və 234-cü (nakootiklərin qanunsuz dövriyyəsi) maddələri ilə məhkumluq həyatı yaşayan Nazir Kərimovdan bir ədəd şpris götürülüb. Şakir Babayevin evindən 12 kiloqram 102 qram qurudulmuş marixuana ələ keçirilib.
APA TV xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daha bir əməliyyatı Abşeron polisi keçirib. Qobu qəsəbə sakini Salmanov Sadiq Fəxrəddin oğlunun İrandan gətirdiyi narkotik vasitəni evində saxladığı barədə məlumat daxil olub. Saxlanılan şəxs verdiyi ifadəsində bildirib ki, ona bu təklifi əvvəllər tanıdığı İran vətəndaşı olan Əlimuxtar adlı şəxs təklif edib.
Hər iki farkla bağlı cınayət işi açılıb. Araşdırma aparılır.